ایکی پارچا زلیم خان شاعیرین شعیر لریندن
هلق کندی و کمکی داغی
مطالب، اخبار و تصاویر از روستا و مطالب جالب و خواندنی
درباره وبلاگ


به وبلاگ من خوش آمدید. از تمامی کسانی که دوست دارند در هرچه بهتر و غنی تر کردن وبلاگ روستایمان همکاری کنند، می توانند با دریافت نام کاربری و رمز عبور مطالب و تصاویر خود را به نام خودشان در وبلاگ قرار دهند.
نويسندگان
پنج شنبه 21 شهريور 1392برچسب:, :: 12:7 :: نويسنده : محمد مقصودی

QALARDIM

Dağlar mənə gəl-gəl desə urəkdən,

Gəlib, elə bu yerlərdə qalardım.

Təbiətlə sevincimi, dərdimi,

Bölüb, elə bu yerlərdə qalardım.

Nəfəsimdə yaşadardım ətrini,

Əzizlərdim cicəklərin xətrini.

Ömrün-günün qiymətini, qədrini

Bilib, elə bu yerlərdə qalardım.

Ne gozəldi bu dağların talası,

Mən getsəm də, könlüm burda qalası.

Sevsə məni bir zalımın balası,

Ölüb, elə bu yerlərdə qalardım.

GÖZƏLLƏR

Mən gəzən yerləri gündoğan bilə,

Hərdən mənə sarı baxa gozəllər.

Sərinlik gətirə yanan konlumə,

Ceşmətək suzulə, axa gozəllər.

Dünya gozəlləşir o gəzəndə şən,

Kədərindən yağır saçlarıma dən.

Nə qədər urəyə dağ cəkib, gorən?

Urəyi kağızdan yuxa gozəllər.

Bağbandı, yetirər bağçasında bar,

Yanağında cicək, sinəsində nar.

Bir kəlmə "hə" desə, dünya dağılar?

Yaman həvəskardı "yox"a gozəllər.

Qəlbində nə kədər, nə də ah ola,

Baxışı amansız bir silah ola.

Sinəm hədəf ola, nişangah ola,

Tuta kirpiyiylə oxa gozəllər.

Zəlimxan, ovsundu hər qız, hər gəlin,

Onsuz nə qiyməti govhərin, ləlin.

Elə əlləşəsən, çatmaya əlin,

Səni həsrətiylə sıxa gozəllər.



نظرات شما عزیزان:

نام :
آدرس ایمیل:
وب سایت/بلاگ :
متن پیام:
:) :( ;) :D
;)) :X :? :P
:* =(( :O };-
:B /:) =DD :S
-) :-(( :-| :-))
نظر خصوصی

 کد را وارد نمایید:

 

 

 

عکس شما

آپلود عکس دلخواه: